“Riyadlar” Fransaya uduzdu

21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda Fransa yığmasını qəbul edib.

Sumqayıtdakı “Kapital bank arena”da keçirilən oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıb.

Yığmamız 7 oyundan sonra 6 xal yığıb və qrupda 6 komanda arasında 5-cidir.

7 sentyabr
Avropa çempionatının seçmə mərhələsi, II qrup
21:00. Azərbaycan – Fransa – 1:2
Qollar: Toral Bayramov, 90 -Odson Eduar, 25 (pen.), Amin Qouri, 84
Sumqayıt. “Kapital Bank Arena”.

Həmin kateqoriyadan