Millimizdən imtina etdi

U-21 millimizin sabiq üzvü Özan Can Kökçü Azərbaycanın əsas millisində oynamaq təklifini qəbul etməyib.

Allsport.az xəbər verir ki, bunu onun qardaşı Orkun Can Kökçü Türkiyə futbol federasiyasının rəsmi saytına müsahibəsində deyib.

O, AFFA-nın qardaşına Azərbaycanın “A” millisində oynamağı təklif etdiyini, ancaq Özan Canın Türkiyə millisində çıxış etmək istədiyini bildirib: “Qardaşım Azərbaycanın U-21 yığmasında oynadı. Amma indi orda çıxış etmir. Türkiyə milli komandasına dəvət olunmaq ehtimalı olduğuna görə Azərbaycandan imtina etdi deyə bilərəm. “Sabah”da çıxış edərkən U-21-ə çağırdılar. Qısa zamanda pasport verdilər. Qardaşım həm də Azərbaycan vətəndaşıdır. Azərbaycan milli komandası onu istəyir, amma Türkiyədən təklif gələr deyə hələ bunu qəbul etməyib. 1998-ci il təvəllüdlüdür. Hücumun cinahlarında və pleymeyker mövqeyində çıxış edə bilir”.

Özan Can Kökçü 2017-2020-ci illərdə U-21 yığmamızda çıxış edib və 17 qarşılaşmada 2 qol vurub. O, hazırda Niderlandın “Telstar” klubunda oynayır.

Həmin kateqoriyadan