Millimizi “Uindzor park”da böyük izdiham gözləyir

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçında izdiham gözlənilir. Allsport.az saytı xəbər verir ki, bu oyun üçün satışa çıxarılan biletlərin hamısı, demək olar, satılıb.

Hazırda kassalarda yalnız premium-biletlər qalıb. Onların qiyməti 65 və 80 funt sterlinqdir (135 və 167 AZN).

Xatırladaq ki, Şimali İrlandiya – Azərbaycan görüşü noyabrın 11-də Belfastda 18 614 azarkeş tutumuna malik “Uindzor park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Həmin kateqoriyadan