Millimizin matçının hakimləri açıqlandı

Türkiyə və Azərbaycan milli komandaları arasında sabah keçiriləcək yoxlama oyununun hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı Kosovodan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Gənc Nuza olacaq. Ona yan xətt hakimləri Fatlum Berişa ve Bujar Səlimay kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Visar Kastrati yerinə yetirəcək.

Sabah keçiriləcək Türkiyə – Azərbaycan matçı saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan