Millimizin oyunlarının biletləri satışda 

Azərbaycan millisinin bu ay keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb.

Allsport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamız FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində iki matça çıxacaq. Martın 22-si, saat 20:00-da keçiriləcək Azərbaycan – Monqolustan və martın 25-i, saat 20:00-da baş tutacaq Azərbaycan – Bolqarıstan oyunları Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Bu qarşılaşmaların biletləri artıq satışa çıxarılıb. Biletlərin qiymətləri 2, 5 və 10 manat təşkil edir. VIP biletlər isə 25 və 30 manatdır.

Həmin kateqoriyadan