Millimizin Şimali İrlandiya ilə səfər oyununda kapitanı bilinib

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyuna ciddi itki ilə çıxacaq. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqov zədəli olduğu üçün, Belfastdakı qarşılaşmada komandamıza kömək edə bilməyəcək.

Onun yoxluğunda yığmamızı meydana kapitan kimi kimin çıxaracağı müəyyənləşib. Bu şərəfə Rahid Əmirquliyev layiq görülüb.

Qeyd edək ki, noyabrın 11-də “Uindzor park”da keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Həmin kateqoriyadan