Yeniyetmələr arasında dünya çempionumuz vəfat etdi

“Neftçi” klubunun və Azərbaycan millisinin keçmiş futbolçusu Vladislav Lemiş vəfat edib. Allsport.az xəbər verir ki, sabiq hücumçu 51 yaşında ikən dünyasını dəyişib.

Bakıda “Əmək ehtiyatları” futbol məktəbinin yetirməsi olmuş Lemiş “Neftçi”nin heyətində 1988-1989-cu illərdə çıxış edib. 1987-ci ildə isə o, yeniyetmələr arasında dünya çempionu olub. Forvard Rusiyanın müxtəlif komandalarında, həmçinin İspaniyanın “Palamos” klubunda forma geyinib.

Karyerasını başa vurduqdan sonra Lemiş Krasnodarda yaşayıb, həvəskar və tələbələrdən ibarət komandalarda baş məşqçi olub, habelə Kuban dövlət aqrar universitetində müəllim kimi çalışıb. O, 1992-ci ildə Rusiya yığmasının ilk oyununda meydana çıxıb, habelə 1994-cü ildə Azərbaycan millisində 1 görüş keçirib.

Həmin kateqoriyadan