Millimizin sabiq üzvü vəfat etdi

Millimizin sabiq futbolçusu Lev Mayorov vəfat edib.

Allsport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 50 yaşında dünyasını dəyişib. Mayorovun yaxın zamanda Bakıya gəlmək planları var imiş.

Mayorov “Neftçi”nin ehtiyat komandasında, “Bakılı” və “Kəpəz” klublarında çıxış edib. O, 1 dəfə də Azərbaycan millisinin formasını geyinib.

Mayorov Rusiyada “Kuban Krasnodar” və “Çernomorets” klublarında oynayıb.

Həmin kateqoriyadan