- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov millimizin baş məşqçi postuna 32 namizədin olduğunu açıqlamışdı.
Allsport.az xəbər verir ki, həmin namizədlərdən 5-nin adı məlumdur. İTV kanalı bu gün AFFA-nın konfransında Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan 5 mütəxəssisin adını lentə alıb.
Telekanalın əməkdaşı Tural Dadaşov həmin namizədləri sosial şəbəkə hesabında paylaşıb. Onlardan 3-ü italiyalıdır. Bunlar Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandellidir. Digər 2 namizəd isə rusiyalı Oleq Kononov və serbiyalı Branko İvankoviçdir. Serbiyalı mütəxəssis 2 həftə öncə Oman yığmasının baş məşqçisi təyin edilib.