Millinin heyətində 2 dəyişiklik

4-6 noyabrdada Bakıda “Böyük dəbilqə” turnirində çıxış etməli olan cüdoçular – Vüqar Talıbov (90 kq) və Uşanqi Kokauri (+100 kq) zədəli olduqları üçün, millinin baş həkiminin təqdimatı, fiziki hazırlıq üzrə direktor və məşqçilər heyətinin qərarları ilə heyətdən çıxarılıblar.

Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən tatami ustasını seçim yarışında 2-ci olan Nihad Şıxəlizadə və digərini sınaqda 3-cü yer tutan İbrahimxəlil Ömərov əvəz edəcəklər.

Həmin kateqoriyadan