- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İngiltərə oyununun hakimləri bəlli olub.
Allsport.az xəbər verir ki, martın 22-də keçiriləcək matçı Bosniya və Hersoqovinadan olan ədalət təmsilçiləri idarə edəcək.
Antoni Bandiç qarşılaşmanın baş hakimi olacaq. Ona Amer Maciç və Boris Duyjmoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.