- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına 2-ci dəfə yol tapmaqla bu il yığmanın heyətində 5-ci dəfə adını tabloya yazdırıb.
“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib – 4 qol.
Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.