- Baxış sayı: 51
- 02 May 2024 22:35
- Baxış sayı: 51
- May 02, 2024
- 0
23 yanvarda Tovuzda premyer liqanın 20-ci turunun açılış matçını stadiondan izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də vardı. Allsport.az saytı xəbər verir ki, oyundan sonra o ayaqüstü açıqlama verdi. Assosiasiya rəsmisi milliyə kimin baş məşqçi təyin olunacağına aydınlıq gətirdi:
“AFFA tərəfindən heç bir mütəxəssisə rəsmi təklif göndərilməyib. Bu istər yerli olsun, istərsə də əcnəbi. Hazırda müzakirə getmir. Bildiyiniz kimi, bununla bağlı işçi qrupu yaradılıb. Hansısa namizəd üzərində danışıq getmir. Bunun kim olacağı, hansı göstəricilər üzrə seçilməsi ilə bağlı daha çox iş gedəcək”.
Xatırladaq ki, “Turan Tovuz” – “Səbail” oyunu 3:1 meydan sahiblərinin xeyrinə bitib.