Mingəçevirdə cüdo mərkəzi fəaliyyətə başladıb

Cüdo federasiyasının Mingəçevir təlim-məşq mərkəzinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimində ACF rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Nitq söyləyənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir şəhəri və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Həmin kateqoriyadan