- Baxış sayı: 33
- 15 Yanvar 2025 23:15
- Baxış sayı: 200
- Yanvar 15, 2025
- 0
2-ci Avropa oyunlarında bizdən daha bir karateçi iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, EKF-in qərarı ilə Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində 8 nəfər arasına daxil edilib.
Beləliklə, 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı Minsk-2019-a 7 kimono ustamız qatılacaq. Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq).
Karate yarışı 29-30 iyunda “Çijovka-arena”da keçiriləcək.