Miqrasiya könüllüsü ictimai birliyi ilə milli paralimpiya komitəsi arasında anlaşma

Miqrasiya könüllüsü ictimai birliyi ilə milli paralimpiya komitəsi arasında anlaşma olub. Allsport.az saytı xəbər verir ki, gənclər fondunun, Azərbaycan prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar agentliyininin birgə təşkilatçılığı ilə 1-9 dekabrda “Azərbaycan könüllük həftəsi”nə start verilib. Tədbir çərçivəsində tərəflər 3 dekabr beynəlxalq əlillər günündə memorandum imzalanıb.

Azərbaycanda uşaqlar, xüsusilə sağlamlıq imkanları məhdud olan yeniyetmələr və gənclərin diqqət və qayğı ilə tam əhatə olunmasını bildirən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov paralimpiyaçı idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları xüsusi vurğulayıb.

Miqrasiya könüllüləri ilə əməkdaşlığı yüksək qiymətləndirən komitə rəhbəri gələcək layihələrin həyata keçirilməsində onları fəal iştirakına şərait yaradılacağını diqqətə çatdırıb. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud bir qrup uşaq “Park Sinema” kinoteatrlar şəbəkəsində cizgi filmini izləyiblər. Onların asudə vaxtlarının xoş və səmərəli keçməsi üçün təşkil olunan tədbir uşaqlara xoş ovqat bəxş edib.

Sonda xatirə şəkli çəkilib.

Həmin kateqoriyadan