MOK-da idman filmləri ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanıb

Dekabr ayının 5-də MOK-un inzibati binasında Milli olimpiya komitəsinin (MOK) təsis etdiyi idman filmləri və proqramları milli televiziya festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, MOK-da təşkil olunan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov, “Azman Holdinq” şirkətinin icraçı direktoru İlham Əhmədov və rəsmi qonaqlar iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi idman filmləri və proqramları milli televiziya festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan