Monqolustan prezidenti dünya çempionatında həmyerlisinin çıxışını canlı izləyib

Azərbaycanda işgüzar səfərdə olan Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa paytaxtımızda keçirilən cüdo üzrə dünya çempionatını izləyib.

Allsport.az saytı xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın kişilər arasında 100 kq-da monqolustanlı Otqonbaatar Lxaqvasuren 1/2 finalda gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb.

Gərgin görüşdə asiyalı idmançısı yenilib. Əvəzində o, bürünc medal uğrunda tutaşmada yaponiyalı Aaron Volfa qalib gəlib. Xatırladaq ki, dünya çempionatında 125 ölkədən 758 cüdoçu qeydiyyatdan keçib.

Həmin kateqoriyadan