- Baxış sayı: 35
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

UFC-nin orta çəkidə sabiq çempionu Həmzət Çimayev növbəti görüşünü ABŞ-li keçmiş çempion Tayron Vudliyə qarşı keçirəcək.
Allsport.az xəbər verir ki, döyüş, sentyabrın 5-ində Moskvada sərbəst güləş liqasında baş tutacaq.
Çimayev daha əvvəl də SGL turnirində iştirak edib. O, may ayında keçirilən SGL 10 yarışında Dillon Denisi məğlub etmişdi.
Xatırladaq ki, Həmzət Çimayev may ayında UFC-328 turnirində Şon Striklendə uduzaraq həm məğlubedilməzlik seriyasını başa vurub, həm də orta çəki üzrə çempionluq titulunu itirib. O, Striklendlə təcili revanş istəyir. Lakin amerikalı döyüşçü zədəsini bərpa etdiyindən 2026-cı ilin sonunadək oktaqona qayıtmayacağı gözlənilir.
Çimayev UFC-də yaranmış fasilədən istifadə edərək Moskvada keçiriləcək SGL turnirində çıxış edəcək.