Mövlud Mirəliyevin vəzifəsi böyüdü, rütbəsi artırıldı

Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in idman cəmiyyətinin regional qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olub.

Allsport.az saytı xəbər verir ki, bu vəzifə ilə cüdo millimizin məşqçisi Mövlud Mirəliyev görəvləndirilib.

Ünlü idmançı olimpiya və dünya çempionatının bürünc mükafatçıdır. Ona polis polkovnik-leytenantı rütbəsi də verilib.

Həmin kateqoriyadan