- Baxış sayı: 28
- 28 Mart 2024 14:00
- Baxış sayı: 156
- Mart 28, 2024
- 0
Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında 7-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk oyunda “Nur” Bakıda “İdman Akademiyası”nı 36:20 hesabı ilə məyus edib. Növbəti matçda vitse-çempion “Azəryol” digər autsayder “Gənclər Birliyi” böyük fərqlə üstələyib – 38:17.
Günün mərkəzi görüşündə “Qarabağ” və “Azərsu” üz-üzə gəliblər. Gərgin keçən mübarizənin ilk hissəsi heç-heçə bitib (12:12). 2-ci yarıda debütant bir qədər fəallaşıb. Oyunun son saniyələrində hesabı bərabərləşdirən Çingiz Əzimovun komandası yenilgidən qurtulub – 23:23.