MPK ilə AMEA-nın hüquq və insan haqları institutu arasında əməkdaşlıq

Milli elmlər akademiyasının hüquq və insan haqları institutunun direktoru Aytən Mustafazadə ilə milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov arasında görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda fiziki imkanları məhdud olan insanların hüquqlarının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xanım millət vəkili hər 2 tərəf arasında əlaqənin möhkəmləndirilməsi üçün əməkdaşlığın imzalanmasını təklif edib. MPK prezidenti İlqar Rəhimov bunu müsbət qarşılayıb. Bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. 

Həmin kateqoriyadan