Mükafat yarışının son günündə Ulan-Batorda Azərbaycan himni səslənib

Monqolustan paytaxtı Ulan-Batorda cüdoçuların qran-prisinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi daha 2 medal qazanıb.

Zelim Kotsoyev (100 kq) 1-ci yeri tutub. Firudin Dadaşov (90 kq) bürünc mükafata yiyələnib. Buna qədər Davud Məmmədsoy (60 kq) və Fəqan Quluzadə (73 kq) 3-cü olublar.

13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı yarışda Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə çıxış edib.

Həmin kateqoriyadan