Murad Fətiyev “Böyük dəbilqə”də bürünc medal və 500 xal qazandı

Tiflisdə cüdoçuların “Böyük dəbilqə”si davam edir. Allsport.az saytının məlumatına görə, 2-ci yarış günündə bizdən tatamiyə 2 nəfər çıxıb. Sevindiricidir ki, dünən olduğu kimi, bu gün də komandamız fərqlənib.

“A” qrupunda qalib adını son anda əldən verən Murad Fətiyev (81 kq) təsəlliverici və 3-cü yer uğrunda görüşlərdə fürsəti qaçırmayıb. 

Martın 26-da eyni nəticəni 60 kq-da Kəramət Hüseynov göstərib.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan