- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 169
- May 08, 2026
- 0

Cüdoçumuz Murad Fətiyev (81 kq) Antalyada keçirilən “Böyük dəbilqə” yarışında bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, o, təsəllidə Rusiyadan çıxış edən David Karapetyan, sonra 3-cü yer uğrunda görüşdə İtaliya təmsilçisi Antonio Espositoya qalib gəlib.
Öncə Nicat Şıxəlizadə (66 kq) bu yarışda bürünc medal qazanmışdı.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.