- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb.
Dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.