Ekspertlər beynəlxalq sertifikat almaq üçün online rejimində son tapşırıqları yerinə yetirir

Bildiyiniz kimi, ölkə başçısının 2018-ci il 6 noyabr tarixli 326 nömrəli Fərmanının (http://www.e-qanun.az/framework/43256) 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə 6 sentyabr 2019-cu ildə Sankt-Peterburqda Azərbaycan milli paralimpiya komitəsi, “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək milli mərkəzi” və beynəlxalq texniki sertifikatlaşma ekspert mərkəzi arasında gələcək əməkdaşlıq barədə üçtərəfli müqavilə imzalanmışdır.

Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, 3-8 oktyabr 2019-cu il və 24-27 fevral 2020-ci il tarixləri ərzində Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək milli mərkəzi”nin və beynəlxalq texniki sertifikatlaşma ekspert mərkəzinin əməkdaşları tərəfindən müyəssərliyin təmin olunması üzrə ekspertlərin hazırlanması ilə əlaqədar nəzəri seminarlar keçirilmişdir.

İmzalanmış müqaviləyə əsasən seminarın üçüncü mərhələsi adı çəkilən şəhərdə baş tutmalı idi. Lakin pandemiya ilə əlaqədar yaranmış vəziyyətə görə ekspertlərin təlimi online rejimində keçirilir və son tapşırıqlar yerinə yetirilir. Yekunda keçiriləcək imtahanlardan müvəffəqiyətlə keçən iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.

ARMPK-nin müyəssərlik üzrə işçi qrupu layihələndirilən və yeni tikilən obyektlərə, eyni zamanda artıq mövcüd olanların ağlabatan uyğunlaşdırılması üzrə öz tövsiyyə və rəylərini verə bilərlər. Artıq UNICEF-in Azərbaycan nümayəndəliyinin sifarişi ilə ARMPK-nin müyəssərlik üzrə işçi qrupu bir neçə təhsil müəssisələrində və inzibati binalarda monitorinq aparmış, təkliflər hazırlamış və nümunə kimi “Dalğa Plaza”-da standartlara uyğun pandus quraşdırılmışdır.

Həmin kateqoriyadan