Nə Qazaxıstan, nə Moldova, nə də Azərbaycan

Avro-2024-ün seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, daha 3 qrupda mübarizəyə yekun vurulub. 

“C” qrupunda İtaliya, “E” qrupunda Çex Respublikası, “H” qrupunda Sloveniya final mərhələsinə vəsiqəni təmin edib. Qazaxıstanın Sloveniyaya uduzması nəticəsində Azərbaycan millisi Avro-2024-ə vəsiqə uğrunda pley-off fürsətini itirib. 

C qrupu
Şimali Makedoniya – İngiltərə 1:1
Ukrayna – İtaliya 0:0

Xal durumu: İngiltərə – 20, İtaliya – 14, Ukrayna – 14, Şimali Makedoniya – 8, Malta – 0.

E qrupu
Albaniya – Farer adaları 0:0
Çex Respublikası – Moldova 3:0

Xal durumu: Albaniya – 15, Çex Respublikası – 15, Polşa – 11, Moldova – 10, Farer adaları – 2. 

H qrupu
Şimali İrlandiya – Danimarka 2:0
San Marino – Finlandiya 1:2
Sloveniya – Qazaxıstan 2:1

Xal durumu: Danimarka – 22, Sloveniya – 22, Finlandiya – 18 Qazaxıstan – 18, Şimali İrlandiya – 9, San Marino – 0.

Həmin kateqoriyadan