Nadir Nəsibov postunda qaldı

Azərbaycan basketbol federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az xəbər verir ki, federasiyanın 2015-2019-cu illərdəki fəaliyyətinin yekunlarının müzakirə olunduğu tədbirdə Azərbaycan milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayil İsmayilov, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiyanın prezidenti Nadir Nəsibov, ABF-in üzvləri və media nümayəndələri iştirak ediblər.

Nəsibov iclasda çıxış edərək federasiyanın ötən dörd ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Çıxışdan sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Nadir Nəsibov səsvermə nəticəsində yenidən federasiyanın prezidenti seçilib. Tədbirdə Azərbaycan basketbol federasiyasının Rəyasət Heyətinin yeni tərkibi və ABF-in baş katibi müəyyənləşib.

Həmin kateqoriyadan