- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandanın bir üzvü fəxri kürsüyə yüksəlib. 100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.
Turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.