Namiq Ələsgərov: “Yaxşı nəticə üçün var gücümüzü ortaya qoyacağıq”

“Portuqaliya futbol ölkəsidir. Heyətində top klubların formasını geyinən ulduz futbolçular var. Onlara qarşı oynamaq tək bizim üçün yox, bir çox komandalar üçün çətindir”. Allsport.z xəbər verir ki, bunları Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, təqvimdən şikayətlənməyə əsas yoxdur: “İstənilən halda, qrupumuzda yer alan bütün komandalara qarşı oynayacağıq. Bizi çox çətin oyun gözləyir. Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.

Həmin kateqoriyadan