MMA döyüşçüləri üçün narkotiksiz dünya

“Olimpik Star” idman və əyləncə mərkəzində “Narkotiksiz dünya naminə” adlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev çıxış edib, son illərdə gənc nəslin pis vərdişlərə, narkomaniyaya meylli olmasından və bu bəladan uzaq olmaq üçün yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolundan danışıb.

Sonra, MMA (qarışıq döyüş növləri) üzrə 10-qat Azərbaycan, Rusiya, dünya və Asiya çempionu Etiqad Atakişiyevin iştirakı ilə ustad təlimi olub. Mütəxəssis, müxtəlif fəndlərin icrasını nəzəri və praktiki formada izah edib.

Bundan öncə, sərbəst güləş üzrə 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev, boks üzrə dünya çempionu, İslam həmrəyliyi oyunlarının qalibi Cavid Çələbiyevin iştirakı ilə də, eyni tədbir keçirilib.

Həmin kateqoriyadan