Natiq Qasımov komitədən ayrıldı

Milli paralimpiya komitəsində iclas keçirilib.

Allsport.az xəbər verir ki, komitənin birinci vitse-prezidenti Natiq Qasımov tutduğu vəzifədən getdiyini bildirib. Komitə prezidenti İlqar Rəhimov onun müraciətini nəzərə alıb. İlqar Rəhimov Natiq Qasımovun komitədəki fəaliyyəti ilə bağlı geniş çıxış edib, müsbət işlərindən söz açıb və təşəkkürünü bildirib.

İclasın sonunda Natiq Qasımova komitə adından xatirə hədiyyələri təqdim edilmişdir.

Natiq Qasımov komitədə 2012-ci ildən vitse-prezident, 2013-cü ildən birinci vitse-prezident vəzifələrində çalışıb.

Həmin kateqoriyadan