- Baxış sayı: 24
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Naxçıvanda kiçikyaşlı yeniyetmə cüdoçular arasında açıq birincilik keçirilib. Allsport.az saytı xəbər verir ki, 11-13 yaşlılar arasında təşkil olunan yarışda Naxçıvan, Şərur, Culfadan 100-ə yaxın oğlan və qız iştirak ediblər.
Açıq birincilik pandemiyanın tam tələblərinə uyğun olaraq tamaşaçısız keçirilib. Müxtəlif çəki dərəcələrində Yusif Əhmədli, Əliİslam Səfərli, Qurban Məmmədli, Vaqif Cabbarov, Zəkəriyyə Həsənzadə, Məhəmməd Mədətli, Atilla Rəhimli, Əli Hüseynov, Sənubər Qurbanova, Aylin Məmmədli və Səkinə Bağırlı yarışın qalibi olub.
Onlara diplomlar və medallar təqdim edilib.