Naxçıvanda cüdo seminarı

Cüdoda tətbiq edilən yeni qaydalarla bağlı Naxçıvan Muxtar Respublikasında seminar keçirilib

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyası(ACF), Naxçıvan muxtar respublikası gənclər və idman nazirliyi və Naxçıvan güləş federasiyasının (NGF) təşkilatçılığı ilə İlham Əliyev adına olimpiya idman kompleksində növbəti cüdo seminarı təşkil edilib.

ACF prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova, respublika dərəcəli hakim Nuranə Muradovanın iştirakı ilə keçirilən seminarda muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri, hakimlər və idmançılar iştirak edib.

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar iştirakçıların diqqətinə çatdırılıb. Bir sıra fəndlər və qaydalar əyani şəkildə nümayiş etdirilib. İdmançıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb.

Sonda NGF-nin sədri, əməkdar məşqçi Faiq İsgəndərov qonaqlara təşəkkürünü ifadə edib, ACF ilə qurulmuş əlaqələrin nəticəsi kimi seminar və kursların, təcrübə mübadilələrinin aparılmasının effektiv olduğunu vurğulayıb.

Bu gün Şərur şəhərində yeniyetmə cüdoçular arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə olunmuş muxtar respublika turniri keçiriləcək.

Həmin kateqoriyadan