FOTO
Nazir güləş federasiyanının fəaliyyəti ilə tanış oldu

Sentyabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan güləş federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az xəbər verir ki, AGF ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub. Sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

Azərbaycan güləş federasiyasının prezident əvəzi, dünya güləş birliyinin büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb. 

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı şəhəri gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov və güləş federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.

Həmin kateqoriyadan