- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Hövsanda yerləşən FHN-in idman kompleksində yeniyetmə cüdoçular arasında ölkə birinciliyinin komanda yarışları keçirilib.
Allsport.az xəbər verir ki, “Neftçi İK” və “Kanokan TT” komandaları bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşü 4:3 hesabı ilə qalib başa vuran “Neftçi idman klubu”nun cüdoçuları Azərbaycan çempionu adına layiq görülüblər. “Kanokan TT” gümüş, “Aura İK” və “UGİM-13” komandaları bürünc medala sahib olublar. Qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.