“Neftçi”nin cüdoçusu Avropa çempionatında 3-cü oldu

Çex Respublikasının paytaxtı Praqada cüdoçuların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, dünən olduğu kimi, bu gün də millimiz medal qazanıb.

73 kq-da öncülümüz Rüstəm Orucov 3-cü yer uğrunda görüşdə isveçrəli Nils Stampı yenib, ehtiyatına 2100 xal əlavə edib. Murad Fətiyev (81 kq) 7-ci olub və 1092 xal lisenziya xalı qazanıb.

Qadınlarda Aleksandra-Larisa Florian (57 kq) ilk tutaşmada uduzub.

Həmin kateqoriyadan