“Neftçi”nin lider cüdoçusundan qızıl medal və 1000 xal!

Macarıstan paytaxtı Budapeştdə “Böyük dəbilqə” davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə daha 4 cüdoçumuz mübarizəyə qoşulub. Millimiz hesabına növbəti medalı yazıb.

Komandamızın öncülü Rüstəm Orucov 73 kq-da “A” qrupunda hamını üstələyib. Finala qədər büdrəməyən tutullu tatami ustası həlledici tutaşmada isveçrəli Nils Stumpa “ippon” edib.
Digər təmsilçilərimiz Telman Vəliyev (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (81 kq) mücadiləni erkən bitiriblər.

Yarışın ilk günündə bizdən Orxan Səfərov (66 kq) 3-cü yer tutmuşdu. “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan