- Baxış sayı: 42
- 19 İyun 2026 00:58
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

“Qarabağ” və “Neftçi”nin keçmiş futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Şimali Makedoniyada davam etdirəcək.
O, yüksək liqa təmsilçisi “Şkupi”yə keçib. Elvin yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Azərbaycan millisində də forma geyinmiş müdafiəçi “Neftçi”, “Qarabağ”, “Səbail” və Bosniya və Hersoqovinanın “Çelik” klublarında da çıxış edib.
“Şkupi” Avropa liqasının 1-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq.