“Neftçi” və Gürcüstan millisinin keçmiş məşqçisi Füzuli rayonunda gedən döyüşlərdə yaralanıb

“Neftçi”nin və Gürcüstan millisinin keçmiş məşqçisi Ağakişi Mehdizadə 2-ci Qarabağ savaşında Füzuli rayonunda gedən döyüşlərdə yaralanıb və hazırda rayonlarımızdan birində xəstəxanada müalicə alır.

Allsport.az saytı xəbər verir ki, gənc mütəxəssis öz sahəsində Azərbaycanda yaxşılardan sayılır. Belə olmasaydı, Bakı “İnter”inin (“Keşlə”) keçmiş baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan yığmasının sükanı arxasına keçəndə onu özü ilə aparmazdı.

Təəssüf ki, gənc mütəxəssisi 3 ildir Azərbaycan futbolundan kənarlaşdırıblar. Dəfələrlə Elxan Məmmədovla görüşmək istəsə də, AFFA-nın əvvəl baş katibi, sonra icraçı vitse-prezidenti onu qəbul etməyib.

Həmin kateqoriyadan