“Neftçi”nin yetirməsindən qızıl medal

Gürcüstanda keçirilən Tiflis-2015 XIII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Allsport.az xəbər verir ki, Tiflis Cüdo Akademiyasında təşkil olunan adıçəkilən növ üzrə yarışlarda “Neftçi İdman Klubu”nun yeniyetmə təmsilçisi Şəfəq Həmidova (40 kq) keçirdiyi 3 görüşün hamısından qalib ayrılaraq finala vəsiqə qazanıb.

Həlledici mərhələdə rusiyalı Anastasiya Kuterina üzərində inamlı qələbə qazanan cüdoçumuz qızıl medala sahib olub.

Qeyd edək ki, Şəfəq Həmidova XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.

Həmin kateqoriyadan