Nicatdan gümüş medal və 500 lisenziya xalı

Avstraliyanın Pert şəhərində Okeaniya açıq turnirinə start verilib. Allsport.az xəbər verir ki, beynəlxalq yarışın ilk günündə Nicat Şıxəlizadə (66 kq) gümüş medala sahib olub.

O, Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan Şıxəlizadə “Okeaniya Open” turnirində 2-ci yeri tutub.

Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio olimpiya oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə 500 xal yazdırıb.

Həmin kateqoriyadan