- Baxış sayı: 42
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 246
- Sentyabr 17, 2026
- 0

Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın «Sagaredjo FF Superstars» klubunun heyətində «Qızıl liqa»nın qalibi olub. Allsport.az saytı xəbər verir ki, Qroznıda keçirilən yarışda qonşularımız öncə «Sportinq»i (Portuqaliya) 3:2, sonra «Abensberq»i (Almaniya) 5:0 məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə «Yavara Neva»nı (Rusiya) üstələyib – 3:2
Millimizin olimpiya mükafatçısı Rüstəm Orücov (73 kq) mükafatsız qalmayıb. Bütün çəki dərəcələrinin əmsalda şəksiz öndəri «Sportinq»lə bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda portəgizlər «Edelveys» (Qroznı) və «Nalçik» (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib.