Nicat Şıxəlizadədən 3-cü yer və 350 xal reytinq xalı

Daşkənddə cüdoçuların qran-prisi başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü 1 təmsilçimiz fərqlənib.

66 kq-da Nicat Şıxəlizadə 3-cü yer üçün tutaşmada monqolustanlı Altansux Dovdonu üstələyib. Əhməd Yusifov (60 kq) və Aişə Qurbanlı (48 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlara 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlara 350 xal verilir. 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal qazanırlar.

Həmin kateqoriyadan