Növbəti “bürünc” Zelimdən gəldi. Sonda rusiyalını yenən cüdoçumuz 350 xal da qazandı

Növbəti “bürünc” Zelimdən gəldi. Sonda rusiyalını yenən cüdoçumuz 350 xal da qazandı

Portuqaliya paytaxtı Lissabonda cüdoçuların Avropa çempionatında şəxsi mücadilə sona yetib. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə daha bir təmsilçimiz fərqlənib.

100 kq-da çıxış edən Zelim Kotsoyev 1/16 finalda avstriyalı Aaron Fara, sonra macarıstanlı Jombor Veqini üstələyi. 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzan 22 yaşlı idmançı, təsəlliverici görüşdə fransalı Siril Mareti, 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Niyaz İlyasovu ipponla məyus edib olub.

Yarışda 45 ölkənin 359 cüdoçusu mübarizə aparıb. Azərbaycan millisi cəmdə 2 bürünc medala yetişib. Öncə Kəramət Hüseynov (60 kq) fəxri kürsüyə qalxmışdı.

Avropanın ən güclülərinin yarışında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalı qazanıblar.

Нет описания.

Həmin kateqoriyadan