- Baxış sayı: 55
- 11 May 2026 15:09
- Baxış sayı: 10
- May 11, 2026
- 0

Bu gün həndbol üzrə ölkə birinciliyində ilk turda təxirə salınmış bir görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Mingəçevirdə “Kür” olimpiya kompleksində qadınlar arasında yerli “Nur” debütant “İdman Akademiyası”nı qəbul edib.
Bu matçda üstün oynayan ev sahibələri rəqibini 42:24 məyus edib. Bazar günü “ABU-Arena”da 3-cü turun 2 qarşılaşması baş tutacaq. Kişilərdə “Məhsul” və “Təhsil” (12:00), qadınlarda “Qarabağ” və “Nur” (14:00) klubları üz-üzə gələcəklər.