Nuriyev: “Ronalduya qarşı oynamaq maraqlı idi”

“Minay”ın futbolçusu Anatoli Nuriyev açıqlama verib. Allsport.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyunda millimizdə debüt edən 24 yaşlı hücumçu fikrini bölüşüb:

“Təəssüratlarım əlbəttə ki, müsbətdir. Orada olduğum zaman kimlə eyni meydanda oynayacağımı həqiqətən başa düşmədim. Duyğular bir az azaldıqda, Kriştiano Ronaldo, Bruno Fernandeş, Tadiç kimi futbolçulara və həqiqətən Portuqaliya və Serbiya yığmalarına qarşı oynamağın nə qədər şərəfli olduğunu anladım.

Bunun çox yaxşı bir təcrübə və yaxşı duyğular olduğunu başa düşdüm. Kriştianu Ronaldu haqqında nə deyə bilərəm? Bunu deyəcəyəm – onu izləmək maraqlı idi. O, çox şey qazanan adamdır. Ronalduya qarşı oynamaq gözəl idi”.

Həmin kateqoriyadan