- Baxış sayı: 27
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0
Qadın həndbolçuların superliqasının 15-ci turunda “Nur” paytaxtda “Azəryol”a 29:28 hesabı ilə qalib gəldi. Mingəçevir təmsilçisi bu qələbə sayəsində çempionluq titulunu qorumaq üçün nəzəri imkanını saxladı.
“Azəsu”dan 8 xal geri qalan Oleq Malçevin komandası indi qalan 5 görüşün hamısında qalib gəlməli və ondan öndə olan rəqiblərin itki verməsini gözləməlidir.
Klubun aparıcı həndboçusu Yekaterina Peçe allsport.az saytına açıqlamasında iddialı danışıb: “Çoxlu səhvlər buraxdıq. Buna rəğmən, Allaha şükür, qələbə qazandıq. Bu nəticənin digər rəqiblərdən kimə xeyirli olduğunu deyə bilmərəm, amma biz çempionluğu hədəfləmişik”.