“O, hazırda dünyanın ən yaxşı müdafiəçisidir”

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin açılış matçında Ekvador üzərində 1:0 hesablı qələbə qazanıb. Allsport.az xəbər verir ki, oyundan sonra kapitan Lionel Messi komanda yoldaşı Kristian Romero haqda danışıb.

“Düşünürəm ki, o, hazırda dünyanın ən yaxşı müdafiəçisidir. Matçın adamı idi. Onun arxamda olması mənim başıma gələ biləcək ən yaxşı şeydir. Romeronun sayəsində mən arxaya baxmamağa öyrəşmişəm və bu, hücum edən oyunçu üçün çox əladır”.

Həmin kateqoriyadan